Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bir televiziya proqramında canlı yayımda İstiqlal küçəsində baş verən partlayış və gündəmin digər önəmli mövzuları ilə bağlı açıqlamalar verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazir Bozdağ İstiqlal küçəsində baş verən partlayışla bağlı əhəmiyyətli bir detal açıqlayıb. O, "Bir qadın skamyada 40-45 dəqiqə oturur, bir müddət sonra partlayış olur. Hal-hazırda o qadınla bağlı bütün məlumatlar araşdırılır. Hələlik adı məlum deyil. Bütün qeydlər izlənilir, bəzi komanda yoldaşlarımız onun arxasınca düşür" ifadələrindən istifadə edib.
Nazir Bozdağ, "İki ehtimal var. Ya o çantanın, ya da torbanın içində mexanizm var, ya öz-özünə partlayır, ya da kimsə onu uzaqdan partladır. Hazırda bunların hamısı araşdırılır" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB