Rusiya Ədliyyə Nazirliyi dekabr ayından etibarən “xarici agentlər” siyahısına daxil edilmiş şəxslərin bir sıra şəxsi məlumatlarını dərc etməyə başlayacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.
Nazirliyin internet saytında “xarici agent” olan fiziki şəxslərin məlumatları, yəni doğum tarixi, soyadı və adı, atası varsa...atasının adı, VÖEN-i və fərdi şəxsi hesabın sığorta nömrəsi yerləşdiriləcək.
Qeyd edək ki, oxşar tələblər hüquqi şəxslərə, ictimai və digər birliklərə də şamil olunacaq.
Yeri gəlmişkən, hüquq müdafiəçiləri qeyd edirlər ki, bu cür məlumatların Ədliyyə Nazirliyinin saytında dərc edilməsi fərdi məlumatların mühafizəsi haqqında qanunun pozulması kimi qiymətləndirilə bilər.
Mişustinin sərəncamda istinad etdiyi “Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında” federal qanunun 5-ci maddəsi müəyyən edir ki, “xarici agentlərin” reyestrində yalnız soyadı, adı və atasının adı barədə məlumatlar olmalıdır.
Xatırladaq ki, Rusiyada “xarici agentlər” haqqında qanun 2012-ci ildə yaranıb. O, Ədliyyə Nazirliyinə icazə verib ki, qeyri-kommersiya təşkilatları xaricdən maliyyə alırsa və siyasi fəaliyyətlə məşğuldursa, onları “xarici agent” kimi tanısın.
Rusiya qanunları bunları cinayət məsuliyyətinə cəlb etməyə imkan verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB