Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyalar "ömürlükdür"?

Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyalar "ömürlükdür"?

ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dayandırdıqdan sonra da Rusiya Federasiyasına qarşı bəzi sanksiyaların qalacağını istisna etməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “The Wall Street Journal”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, sülh sazişi kontekstində sanksiyaların tənzimlənməsi məqsədəuyğun olardı. Bununla belə, o əlavə edib ki, “baş verənləri nəzərə alaraq” bəzi sanksiyaların qüvvədə qalması lazım ola bilər.

Xatırladaq ki, xüsusu hərbi əməliyyat işə başlayandan sonra Qərb ölkələri, o cümlədən ABŞ, Avropa İttifaqı, Kanada və Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə