Türkiyə mediası bu gün İstanbulda baş verən partlayışın təxmini xronologiyasını bərpa etməyə müvəffəq olub və SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan bunu artıq terror aktı kimi qiymətləndirib.
Beləliklə, verilən xəbərə görə, saat 16:13-də piyada turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində, belə ki, həmən vaxt o küçədə sıxlıq olanda, bir qadın, partlayıcı maddə olan çantanı ehtimal ki, skamyaya qoyub.
Və yeddi dəqiqə sonra, saat 16:20-də çanta partlayıb, 6 nəfər ölüb, 53 nəfər yaralanıb.
Türkiyə prezidentinin sözlərinə görə, söhbət təkcə partlayıcı maddə olan tərk edilmiş çantadan deyil, camaat arasında özünü partladan kamikadzedən gedir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB