Senat seçkilərində ABŞ Demokratları liderdir

Senat seçkilərində ABŞ Demokratları liderdir

ABŞ-da Nevada ştatında səslər hesablandıqdan sonra Senatdakı Demokratlar çox güman ki, 50 yer qazanacaq və Konqresin yuxarı palatasına nəzarət edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, orada Demokrat Partiyasının üzvü Ketrin Kortez-Masto qalib gəlib.

Deyilənlərə görə, Neveda ştatında bülletenlərin 95 faizdən çoxu işlənib. Kortes-Masto 48,7 faiz səs toplayıb. O, Respublikaçıların keçmiş Nevada Baş prokuroru Adam Laksaltı yarım faiz qabaqlayır.

Kortez-Masto qalib elan olunarsa, o zaman dekabrda seçkilərin ikinci turunun keçiriləcəyi Corciyada respublikaçılar qalib gəlsə belə, Respublikaçılar Partiyası Senatda səs çoxluğu əldə etməyəcək. Səslərin bərabər olacağı təqdirdə, Demokratlar Partiyasından vitse-prezident Kamala Harris həlledici səsə sahib olacaq.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden ölkədə aralıq seçkilərdə vəziyyətin inkişafından məmnun olduğunu və Corciya ştatında ikinci turun keçiriləcəyini gözlədiyini bildirib. Amerika liderinin sözlərinə görə, o, seçkilərdə iştirakdan inanılmaz dərəcədə razıdır və növbəti iki ili səbirsizliklə gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə