Fransanın dənizaşırı ərazisində silahlı zorakılıqlar artıb

Fransanın dənizaşırı ərazisində silahlı zorakılıqlar artıb

Fransanın dənizaşırı ərazisi olan Martinikada konsert zamanı baş vermiş atışma nəticəsindən yaralananlar var. SİA xəbər verir ki, hadisə zamanı 3-ü ağır olmaqla, 8 nəfər yaralanıb.

Antil adasının cənubunda yerləşən Rivier-Salee şəhərində 20-dək silahlı maskalı şəxs zala daxil olaraq atəş açıblar.

Qeyd edək ki, son vaxtlar Martinikada silahlı zorakılıqlar nəzərəçarpan dərəcədə artıb. Bu ilin əvvəlindən 25 nəfər öldürülüb ki, onlardan 20-si qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə