Puşilinlə Solovyov Donetski "gəziblər"

Puşilinlə Solovyov Donetski "gəziblər"

Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin jurnalist Vladimir Solovyovla birlikdə Donetsk hava limanının ərazisinə baş çəkiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Puşilinlə Solovyov hava limanının ərazisində “Spart”a batalyonunun komandiri Artem Coqa ilə də görüşüblər.

Coqa onları yaxınlarda Donetsk ərazisində qalan Ukrayna hərbçilərindən tam təmizləyəcəyinə söz verib.

Və bundan xoşhal olan Puşilin Solovyovla hava limanının ərazisində keçirdiyi anların videosunu Telegram kanalında yerləşdirib.

Qeyd edək ki, Puşilin və Solovyov həmçinin yaralı DXR əsgərlərinin müalicə olunduğu xəstəxanaya da baş çəkiblər. Onların orada qalması ilə bağlı video DXR rəhbəri vəzifəsini icra edənin Telegram kanalında yerləşdirilib.

Respublika başçısı və tanınmış jurnalist xəstəxananın həkimləri və müalicə olunan respublika qüvvələrinin döyüşçüləri ilə görüşüb, onlarla söhbət edib, yaralıların tezliklə sağalmasını arzulayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə