Roskosmosun keçmiş baş direktoru Dmitri Roqozin, Ukraynada xüsusi hərbi əməliyyat zonasının müttəfiq qüvvələri üçün ən müasir Rusiya silahlarını almağa başlayacağını və bunun da sürətli qələbəni təmin edəcəyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Roqozin müttəfiq qüvvələrə döyüşlərdə tətbiq etmək üçün ən müasir modelli silahlar lazım olduğunu bildirib. O qeyd edib ki, yaxın aylarda Rusiya Silahlı Qüvvələrini, LXR və DXR-in xalq milisləri onlara qələbə qazanmağa imkan verəcək yeni silahlar alacaqlar.
Roqozin, həmçinin qeyd edib ki, müəyyən bir yığılma dövrünə tab gətirmək lazımdır.
Qeyd edək ki, bir müddət bundan əvvəl Roqozin “Çar canavarları” hərbi məsləhətçiləri qrupunun tərtibatçılarla birgə DXR və LPR qoşunları üçün yüngül hücum dronlarının yaradılması üzərində işlədiyini, sınaqların isə yaxınlarda düz cəbhədə keçiriləcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB