“PostNord” Rusiya və Belarusla poçt rabitəsini bərpa edir

“PostNord” Rusiya və Belarusla poçt rabitəsini bərpa edir

İsveçin “PostNord” poçt şirkəti Rusiya və Belarusiyaya poçt göndərişlərinin çatdırılmasını bərpa edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Stokholmdakı səfirliyinin verdiyi xəbərdə bildirilir.

Diplomatik nümayəndəlik bildirib ki, şirkət Rusiya Federasiyası və Belarusla poçt rabitəsini “tam həcmdə” bərpa edir.

Xatırladaq ki, “PostNord” martın sonunda bu ölkələrə poçt göndərişlərini, qəbulunu və göndərilməsini dayandırmışdı. Şirkətin bu qərarı Qərbin sanksiya təhrikləri ilə bağlı verdiyi iddia edilirdi.

Yeri gəlmişkən, bu arada “PostNord” müvəqqəti olaraq Ukraynaya pul köçürmələrinin qəbulunu dayandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə