Hadja Lahbib: ''Türkiye bölgədə önəmli aktyordur''

Hadja Lahbib: ''Türkiye bölgədə önəmli aktyordur''

Belçikanın xarici işlər naziri Hadja Lahbib (...Əlcəzair əsilli ailədə anadan olub-A.B.) Türkiyənin bölgədə önəmli aktyor olduğunu deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yunanıstanın paytaxtı Afinada rəsmi səfərdə olan Belçikanın xarici işlər naziri Hadja Lahbib Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.
Labib görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Türkiyənin digərlərinə oxşamayan qonşu olduğunu ifadə edib.
Türkiyənin NATO üzvlüyünə işarə edən Labib Türkiyənin bölgədə önəmli aktyor olduğunu deyib.
Yunanıstan və Türkiyə arasında yaşanan gərginliklərə görə kədərləndiyini bildirən Lahbib deyib: "Bu cür ikitərəfli problemlərin həllinin yeganə yolu dialoqdur".
Hər kəsin beynəlxalq hüquqa riayət etməsinin vacibliyini dilə gətirən Ləhbib münaqişənin qarşısının alınmasının əhəmiyyətini qeyd edib.
Ukrayna müharibəsindən sonra gündəmə gələn enerji böhranına da toxunan Lahbib Avropanın bu mövzuda ciddi səylər göstərdiyini deyib.
Dendias isə öz növbəsində bildirib ki, görüş zamanı iki ölkə arasında NATO, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində əməkdaşlıq, ticarət əlaqələri, enerji böhranı və regional inkişaf kimi məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə