“İslam Dövləti”nin üzvlərinə həbs kəsilib

“İslam Dövləti”nin üzvlərinə həbs kəsilib

...Məhkəmə onları İslam Dövlətinin üzvləri kimi tanıyıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiyanın Tatarıstan üzrə Federal Təhlükəsizlik Xidməti Naberejnıye Çelnı şəhərinin dörd sakinini “terrorçu fəaliyyətə kömək etməkdə” təqsirli bilib.

Beləliklə, əldə edilən məlumatına görə, Rusiyada qadağan olunmuş “İslam Dövləti” beynəlxalq terror təşkilatının rəhbərliyi tərəfindən xaricdən koordinasiya edilən gizli terror qruplaşmasının fəaliyyəti Rusiyada hələ 2018-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən yatırılıb. Müstəntiqlərin və məhkəmənin məlumatına görə, Tatarıstan sakinləri Rusiyada bir neçə terror aktı planlaşdırıb həyata keçirdikdən sonra Suriyaya getmək niyyətində olublar.

Qeyd edilir ki, həbs edilən dörd Tatarıstan sakinlərindən birinə 18 il, o biri iki nəfərə on il, dördüncüyə isə səkkiz il həbs cəzası verilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə