Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şimali Kıbrıs Türk Cümhuriyyətini (KKTC) Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olaraq qəbul edilməsi münasibətilə təbrik edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə TBMM-nin sədri Mustafa Şentop rəsmi ''Twitter'' səhifəsində etdiyi paylaşımda bildirib.
Mustafa Şentop paylaşımında bu ifadələrə yer verib:
"Şimali Kıbrıs Türk Cümhuriyyətini Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olaraq qəbul edilməsi münasibətilə təbrik edirəm, başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla əməyi keçənlərə təşəkkür edirəm. Ümid edirəm ki, TÜRKPA toplantısında lazımi addımlar atılacaq. Kıbrıs bizim milli davamızdır. Türkiye hər zaman Kıbrısı dəstəkləməyə davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB