Nüvə silahı daşıya bilən iki Amerika B-52 bombardmançı təyyarəsi Yaxın Şərqə uçub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Politico” qəzeti Pentaqondakı mənbələrə istinadən yayıb.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, bu, İranın guya Səudiyyə Ərəbistanına hücum planları fonunda güc nümayiş etdirmək üçün edilib və krallığın enerji infrastrukturunun hədəfləri zərbənin hədəfinə çevrilə bilər.
Bundan əvvəl “The Wall Street Journal” İranın diqqəti daxili etirazlardan yayındırmaq üçün Səudiyyə Ərəbistanına “qaçılmaz hücum” hazırladığı barədə material dərc etmişdi. Eyni zamanda sosial şəbəkələrdə İranın Qum şəhərindəki Cəmkəran məscidinin günbəzi üzərində qırmızı qisas bayrağının qaldırıldığı video müzakirə olunuru.
İstifadəçilər bu jestin guya müharibə elanı anlamına gəldiyini düşünmüşdülər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB