Əvvəla qeyd edək ki, dünən İranın “İRNA” agentliyinə istinad edən SİA Tehranın ilk yerli hipersəs ballistik raket hazırladığı barədə məlumat vermişdi.
Budur, İranın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə də bu gün İranın hipersəs ballistik raket yaratdığınə təsdiqləyib.
Haçızadənin dediyinə görə, “raket yüksək sürətlə inkişaf edir, həm atmosferdə, həm də onun üzərində manevr edə bilir”. O əlavə edib ki, raket müasir hava hücumundan müdafiə sistemlərinin mühafizəsini vurmağa və nüfuz etməyə də qadirdir.
Maraqlıdır ki, belə bir silah hazırlayan İran, nədənsə həmən silahı hələ ki, sınaqdan keçirməyib. O da maraqlıdır ki, Qərbin bəzi hərbi analitiklərinin İranın arada yeni nəsə icad eləməsi ilə bağlı “gopa basdığı”nı da istisna etmirlər. Onların dediyinə görə, İran “bəzən silah sahəsindəki imkanlarını həddən artıq şişirdir”.
Qeyd edək ki, hipersonik raketlər mürəkkəb trayektoriyalarda səs sürətindən ən azı beş dəfə yüksək sürətlə uça bilir, bu da onları tutmağı çətinləşdirir. Məlumdur ki, belə raketlərin sınaqları Rusiya, Çin, ABŞ və ehtimal ki, Şimali Koreya tərəfindən həyata keçirilib. Onu da qeyd edək ki, Avstraliya, Böyük Britaniya və Fransa da hipersəs silahları yaratmaq planlarını açıqlayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB