ABŞ Rusiya iqtisadiyyatını bazar iqtisadiyyatı hesab etməkdən imtina etdi
Bu arada ABŞ Rusiya iqtisadiyyatının bazar iqtisadiyyatı statusunu ləğv edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.
Beləliklə, indi bundan sonra Rusiya Amerika maliyyə institutları tərəfindən qeyri-bazar iqtisadi modelinə malik ölkə kimi qəbul ediləcək.
Nazirlik bildirib ki, bu qərar dövlətin Rusiya iqtisadiyyatına “geniş” müdaxiləsi səbəbindən qəbul edilib və bu müdaxilə nəticəsində yaranmış “ bazar təhriflərini düzəltmək üçün ABŞ-ın antidempinq qanunlarının tam sərtliyindən istifadə etmək imkanı verir.
Xatırladaq ki, bazar statusu Rusiya iqtisadiyyatına 2002-ci ildə verilmişdi. Bu, Rusiyanın 10 ildən sonra Ümumdünya Ticarət Təşkilatına daxil olması istiqamətində mühüm addım idi. Bu status sonuncu dəfə 2021-ci ildə ABŞ hökuməti tərəfindən təsdiqlənmişdi.
Onu da xatırladaq ki, status verilməzdən əvvəl Rusiya iqtisadiyyatı qeyri-bazar hesab olunurdu ki, bu da antidempinq rüsumlarının artmasına səbəb olub və ixracatçıların öz maraqlarını qorumaq imkanlarını pisləşdirmişdi.
İqtisadiyyatını Vaşinqtonun bazar iqtisadiyyatı kimi tanıdığı ölkə ixrac etdiyi məhsulların qiymətlərinin bazar prinsiplərinə uyğun müəyyən edildiyini və deməli, dempinq təşkil etmədiyini sübut etməklə ona qarşı belə tədbirlərin tətbiqinə etiraz edə bilər.
Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra ABŞ Rusiyaya qarşı irimiqyaslı iqtisadi sanksiyalar tətbiq etdi və bu, qarşılıqlı ticarətin kəskin azalmasına səbəb oldu. Bununla belə, ABŞ hələ də Rusiyadan bəzi mallar, o cümlədən polad, alüminium, titan və neft alır.
Avropa İttifaqı isə hələ mart ayında Rusiyanı ticarət üstünlüklərindən məhrum edib. Bu tədbir Avropa İttifaqının Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı dördüncü sanksiyalar paketinə daxil edilib.
Onu da qeyd edək ki, Avropa ölkələri artıq Rusiya mallarına yüksək tariflər tətbiq edə bilərlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB