Böyük Britaniyada 100 min dövlət işçisi maaş artımı, təqaüd və iş şəraiti ilə bağlı fikir ayrılıqları səbəbindən tətil etmək qərarına gəlib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət və Ticarət Xidmətləri Birliyinə üzv olan 100 minə yaxın məmur tətilə səs verib.
Maaşların 10 faiz artırılmasına, daha yaxşı pensiya və iş təhlükəsizliyinə çağıran həmkarlar ittifaqı hökumətin əhəmiyyətli təklifi olmadığı təqdirdə tətilin təfərrüatlarını noyabrın 18-də açıqlayacağını bildirib.
Böyük Britaniyanın altıncı ən böyük həmkarlar ittifaqı olan Dövlət və Ticarət Xidmətləri Birliyi hökumət və dövlət qulluqçularını, habelə hökumətlə müqavilə bağlayan özəl sektor işçilərini təmsil edir.
Digər tərəfdən İngiltərədəki dəmir yolu nəqliyyatı birliklərindən biri olan Buxarlı Lokomotiv Sürücüləri və Yanğınsöndürənlər Birliyi (Aslef) 12 ingilis operatorunda çalışan maşinistlərin maaşlarla bağlı davam edən mübahisə səbəbi ilə noyabrın 26-da tətil edəcəklərini açıqlayıb.
Aslef-in baş katibi Mik Velan tətilin yaratdığı narahatçılığa görə təəssüfləndiklərini bildirib.
Böyük Britaniyada inflyasiya enerji və ərzaq qiymətləri başda olmaqla artmağa davam edir və sentyabr ayında illik 10,1 faiz ilə son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB