Artıq bir neçə saat əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətində Dnepr çayının sağ sahilində yerləşən bütün Rusiya hərbçilərinin cümə günü səhər saatlarında sol sahilə çıxarıldığı barədə xəbər yayıb.. Nazirliyin açıqlamasında heyət və texnika arasında itki olmadığı bildirilir.
Amma SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukrayna komandanlığı hələlik rus qoşunlarının sağ sahildən, o cümlədən orada yerləşən regional mərkəzdən, Xerson şəhərindən tam çıxarılmasını hələ ki, təsdiqləməyib.
Rusiya və Ukrayna KİV-ləri bundan əvvəl cümə günü səhər saatlarında Dnepr üzərindən keçən Antonovski körpüsünün və yaxınlıqdakı dəmiryol körpüsünün Xerson yaxınlığında partladıldığı barədə məlumat vermişdilər.
Bəzi ehtimallara görə, kğrpünün geri çəkilən rus qoşunları tərəfindən partladıldığı iddia edilir. “Readovka” teleqram kanalı partladılmış dəmir yolu körpüsünün pilotsuz təyyarə ilə çəkilmiş fotoşəkilini dərc edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB