Azərbaycan səfiri İran XİN-ə çağırıldı

Azərbaycan səfiri İran XİN-ə çağırıldı

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranın Xarici İşlər Nazirliyinə çağırılıb. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran XİN görüşlə bağlı bəyanat dərc edib.

Bəyanatda deyilir: “Azərbaycan hakimiyyətinin qeyri-dost bəyanatları və Azərbaycan mətbuatının qara təbliğatından narazılıq Azərbaycan səfirinə çatdırılıb. Bizim gözləntimiz bu prosesin ən qısa zamanda başa çatdırılması və bir daha təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə