Zelenski 41 yaşayış məntəqəsinin işğaldan azad olunduğunu AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin cənubunda 41 yaşayış məntəqəsinin Rusiya işğalından azad olunduğunu açıqlayıb. SİA xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.
“Bu gün cənubdan şad xəbərlər var. 41 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu irəliləyişi təmin edən bütün qəhrəmanlarımıza minnətdaram”, - Ukrayna lideri vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB