"Ukraynalıların deportasiyası...hərbi cinayətidir?"

Bunu Beynəlxalq Amnistiya Təşkilatının hüquq müdafiəçiləri öz yeni hesabatında qeyd ediblər
"Ukraynalıların deportasiyası...hərbi cinayətidir?"

Ukraynanın mülki əhalisinin işğal olunmuş ərazilərdən zorla çıxarılması Rusiya tərəfindən hərbi cinayətdir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Beynəlxalq Amnistiya Təşkilatının hüquq müdafiəçiləri öz yeni hesabatında qeyd ediblər.

Onlar həmçinin hesabatda deportasiya adlandırılan əhalinin zorla çıxarılması və ukraynalıların süzülməsi adlanan prosesdə Rusiya hakimiyyətinin sui-istifadələrinin bəşəriyyətə qarşı cinayət əlamətlərinin olduğunu da istisna etməyiblər.

Hüquq müdafiəçiləri bu hərəkətlərə son qoyulması üçün petisiya imzalamağa çağırırlar. Onlar Rusiya hakimiyyəti qarşısında da bir sıra tələblər irəli sürüblər.

Beləliklə, hesabatı hazırlayan hüquq müdafiəçiləri Ukraynada 88 mülki şəxslə sorğu keçiriblər. Verilənməlumatlara görə, onlardan 48-i Rusiyanın tammiqyaslı işğalı başlamazdan əvvəl Donetsk vilayətinin indi ilhaq edilmiş Mariupol şəhərində yaşayırmışlar.

Qeyd edək ki, 2022-ci il martın əvvəlində bu şəhər rus qoşunları tərəfindən mühasirəyə alınıb. Döyüşlər zamanı şəhərə ciddi ziyan dəyib, bir çox məhəllə demək olar ki, tamamilə dağıdılıb. Bir çox yerli sakin Mariupolu tərk edib, lakin mərkəzləşdirilmiş su təchizatı, rabitə və istilik olmamasına baxmayaraq, on minlərlə insan hələ də orada qalmağa davam edir. Mülki itkilərin sayı ilə bağlı müstəqil məlumat yoxdur, amma onların sayının minlərlə olduğu istisna edilmir.

Hüquq müdafiəçiləri ilə söhbətdə Mariupol sakinləri şəhər rus qoşunları tərəfindən işğal edildikdən sonra ruslar Ukraynanın nəzarətində olan ərazilərə dinc əhalinin hərəkətinin qarşısını fəal şəkildə aldıqlarını bildiriblər. Müsahibə verənlərin bəziləri, Rusiya hərbçilərinin onları zorla “evakuasiya” avtobuslarına mindirib, “DNR” adlanan Rusiyanın nəzarətində olan ərazilərə apardıqlarını bildirdilər. Xatırladaq ki, sonradan Mariupolun bir çox sakini Rusiya ərazisinə keçib.

İşğal altında olan Mariupolu şəxsi avtomobili ilə tərk etməyə cəhd edən vətəndaşlara Rusiya qüvvələri tərəfindən Ukraynanın nəzarətində olan ərazilər istiqamətində sərhədi keçmək təhlükəsi barədə xəbərdarlıq edilib.

Müsahibə verən bir çox yerli sakin Rusiyanın işğalı altındakı mühiti “məcburi” adlandırıblar və bu şəraitdə hara evakuasiya etmək seçimləri yoxdur. Bu, beynəlxalq humanitar hüquqa zidd olaraq bir çox uşaqların valideynlərindən ayrılması ilə nəticələnib.

Hüquq müdafiəçiləri ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin, həmçinin Ukraynanın Xarkov vilayətinin mülki əhalisi ilə də müsahibələr aparıblar. Amnesty İnternational öz evlərini tərk etməyə məcbur edilən ukraynalıların necə sözdə filtrasiyaya məruz qaldığını təsvir edib. Mülki şəxslərin dediyinə görə, bu proses çox vaxt pis rəftar və hətta işgəncə ilə müşayiət olunurdu.

Hüquq müdafiəçiləri Ukrayna əhalisinin məcburi köçkünləşməsi ilə bağlı beynəlxalq araşdırmaya çağırıblar.

Təşkilat həmçinin Rusiya hakimiyyətini Ukrayna əhalisinin məcburi köçkünlüyünü dərhal dayandırmağa, filtrasiya prosesini dayandırmağa və işğal olunmuş ərazilərin sakinlərinə onları tərk edərək Ukrayna hakimiyyətinin nəzarətində olan əraziyə köçmək imkanı yaratmağa çağırıblar.

...Siz də deyirsiniz ki, guya Rusiya ukraynalı “könüllü qaçqınları” qəbul etməkdə liderdir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə