21 yaşlı erməni tələbə dövlətə xəyanətdə ittiham olunur

21 yaşlı erməni tələbə dövlətə xəyanətdə ittiham olunur

Dövlətə xəyanətlə bağlı cinayət işi üzrə həbs edilən Rusiya vətəndaşı Qleb Verdiyan gizli məlumatları xarici kəşfiyyata ötürmək niyyətində imiş.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya hüquq-mühafizə orqanları verib.

Qeyd edək ki, təqsirləndirilən şəxs tələbədir. Onun hərəkətləri Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən dövlət sirri təşkil edən məlumatları xarici kəşfiyyat orqanlarına ötürmək istədiyi anda dayandırılıb. Verdiyan əməliyyat tədbirləri zamanı aşkar edilib.

Onu da bildirək ki, tələbənin ötürmək niyyətində olduğu məlumatlar açıqlanmır. İşin materialları “gizli” kimi təsnif edilir. Hazırda erməni ilə bağlı aktiv araşdırma aparılır.

BBC Rus Xidmətinin jurnalistlərinin müəyyən etdiyi kimi, 21 yaşlı Qleb Verdiyan Həştərxanda doğulub boya-başa çatıb, Həştərxan Memarlıq və İnşaat Mühəndisliyi Universitetinin memarlıq fakültəsini bitirib və eyni universitetin bakalavr proqramına daxil olub. Jurnalistlərin tapa bildiyi sosial şəbəkələrdə Verdiyanın səhifəsində onun sosialist baxışlarına sadiq olduğu bildirilir.

Noyabrın 8-də bildirilib ki, Moskvanın Lefortovo Məhkəməsi Verdiyan adlı Rusiya vətəndaşı barəsində həbs-qətimkan tədbiri seçib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (“Dövlətə xəyanət”) maddəsi ilə cinayət törətməkdə ittiham olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə