Ermənistan hakimiyyəti Müdafiə Nazirliyinə 25,4 milyon dollar ayıracaq
SİA-nın rerməni saytlarından əldə etdiyi məlumata görə, Ermənistan hökumətini Müdafiə Nazirliyinə 10 milyard dram (25,4 milyon dollar) ayıracaq.
Qeyd edilir ki, bu qərar Müdafiə Nazirliyinin təklifi ilə bu gün hökumətin iclasında qəbul edilib.
Vəsait...guya Müdafiə Nazirliyinin binasının şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək. Bu layihə Ermənistan Silahlı Qüvvələrinin ehtiyaclarının ödənilməsi prosesi çərçivəsində həyata keçirilir.
Oktyabrda hakimiyyət ilin sonuna qədər Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinə əlavə olaraq 9 milyard dramdan çox vəsait ayırmaq qərarına gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB