BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi xüsusi əməliyyat başlayandan sonra Ukrayna sakinlərinin hansı Avropa ölkələrinə getdiyi barədə məlumatları açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, cədvəl Sputnik Near Abroad Telegram kanalında dərc olunub.
Beləliklə, BMT-nin məlumatına görə, xeyli sayda Ukrayna vətəndaşı Rusiya Federasiyasına gedib. Ümumilikdə isə bu ölkəyə 2,8 milyon qaşqın gəlib.
İkinci yerdə Polşa qərarlaşıb. Varşava 1,4 milyon məcburi köçkünü qəbul edib. Bir milyondan çox ukraynalı Almaniyaya, 458.000-i Çexiyaya, 151.000-i İspaniyaya, 141.000-i Böyük Britaniyaya gediblər.
Kanalın jurnalistləri vurğulayıblar ki, onların məlumatına görə, Baltikyanı ölkələr ümumilikdə 158 min qaçqını qəbul edib. Baxmayaraq ki, onlar daim Ukraynanı və Ukrayna xalqını dəstəklədiklərini bəyan edirlər.
Qeyd edək ki, əvvəllər Böyük Britaniyada məcburi köçkünlərə yardımın həcmini əhəmiyyətli dərəcədə azalda biləcəyi bildirilirdi. Bəzi iddialara görə hətta “Ukrayna üçün evlər” proqramının bağlana biləcəyi də iddia edilirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB