Xorvatiya Şengen zonasına daxil edilib

Xorvatiya Şengen zonasına daxil edilib

Avropa Parlamenti (AP) Xorvatiyanın Şengen zonasına daxil edilməsini təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, mövzu ilə bağlı parlamentdə hazırlanan hesabatın lehinə 534, əleyhinə isə 53 deputat səs verib. Beləliklə Avropa Parlamenti Şengen ölkələri ilə Xorvatiya arasında daxili sərhəd nəzarətinin ləğvini təsdiqləyib.
Avropa Şurası dekabrın 9-da Xorvatiyanın Şengenə üzvlük şərtlərini yerinə yetirdiyi barədə qərar qəbul edib.
Parlament bu gün qəbul edilən hesabatda Avropa Şurasını prosesi davam etdirməyə və sərhəd nəzarətinin ləğvi ilə bağlı yekun qərarı verməyə çağırıb.
Məsələ ilə bağlı yekun qərarı Aİ ölkələrindən ibarət Aİ Şurası yekdilliklə qəbul etməlidir.
Hazırda Şengen zonasında 26 ölkə daxildir. Bunlara Bolqarıstan, Xorvatiya, Cənubi Kıbrıs Rum Rəhbərliyi, İrlandiya və Rumıniya istisna olmaqla Aİ üzvləri və Aİ üzvü olmayan Norveç, İslandiya, İsveçrə və Lixtenşteyn daxildir. Bu ölkələr arasında vizasız səyahət rejimi var.
Avropa Parlamenti Bolqarıstan və Rumıniyanın Şengen zonasına qəbul edilməsini dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə