"Mazda" və "Isuzu" da Rusiyanı tərk edir

"Mazda" və "Isuzu" da Rusiyanı tərk edir

Yaponiyanın “Mazda” və “Isuzu” avtomobil istehsalçıları Rusiyanı tərk edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2022-ci ilin yazında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi səbəbindən Rusiya Federasiyasında konsernlərin işi dayandırıldı.

Konsernin məlumatında deyilir ki, “Mazda Motor Corporation” Rusiyadakı fəaliyyətini dayandırmaq və Vladivostokda bu markalı avtomobillər istehsal edən birgə müəssisənin payını “Sollers Auto PJSC”yə vermək qərarına gəlib.

Əməliyyatın dəyəri simvolik 1 avrodur. Qeyd edilir ki, Yapon avtomobil istehsalçısının üç il ərzində payı geri almaq imkanı var.

“Sollers” RBC-yə “Mazda”nın Vladivostokdakı birgə müəssisədəki payını alacağını təsdiqləyib. Şirkət gələn il zavodu yeni model xətti ilə işə salmağı planlaşdırır.

Xatırladaq ki, əvvəllər Vladivostokdakı zavodda “CX-5”, “CX-9” və “Mazda 6” modelləri yığılırdı.

Bu arada “Kyodo” agentliyi Yaponiyanın yük maşını və pikap istehsalçısı “Isuzu”nun da da Rusiyadan getmək planını açıqlayıb.

Şirkətin proqnozlarına görə, 2023-cü ilin sonuna qədər şirkətin Rusiyadakı fəaliyyətindən itkilər milyardlarla yen təşkil edəcək. Amma buna baxmayaraq, Ulyanovskda Isuzu zavodunun bərpası perspektivləri müəyyən edilməyib. Qeyd edək ki, Ulyanovskda Isuzu zavodu 2012-ci ildən fəaliyyət göstərirdi. Onu da qeyd edək ki, ötən il-2021-ci ildə zavod 3,7 min yük maşını buraxmışdı.
Lakin mart ayında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Rusiyada yük maşınlarının və pikapların istehsalı dayandırıldı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə