Səudiyyə Ərəbistanı Türkiyə ilə birbaşa investisiyaları təşviq etmək üçün danışıqlar aparıldığını açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyinin yaydığı məlumata görə, Nazirlər Kabinetinin iclasında Türkiyə ilə investisiyaların təşviqi mövzusunun gündəmə gətirildiyi bildirilib.
SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumatda, Səudiyyə Ərəbistanı hökuməti ilə Türkiyə hökuməti arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu layihəsinin Türkiyə tərəfi ilə müzakirə edildiyi bildirilib.
Qeyd edək ki, görüşün təfərrüatları açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB