Belələrinə nəyisə xatırlatmaq, onsuz da, önəmsizdir

Belələrinə nəyisə xatırlatmaq, onsuz da, önəmsizdir

“...Bu gün Azərbaycanı təbrik edən beynəlxalq tərəfdaşlar Şuşa, Hadrut və digər yaşayış məntəqələrində yaşayan ermənilərin hazırda harada olduğunu öyrənməyə çalışmalıdırlar”.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz “Twitter” səhifəsində yazıb.

Əslində, bunu erməni həyasızlığı adlandırmaq doğru olmaz. Çünki, deyilənlərə görə, guya həyasızlığın da bir həddi olur. Maraqlıdır, görən bu millətin arasında, doğrudanmı, bir ağıllısı yoxdur?

Edmon Marukyana görə, bu gün Azərbaycanı təbrik edənlər, guya başa düşməlidirlər ki, əslində onlar Azərbaycanı etnik təmizləməyə görə təbrik edirlər və bununla da, guya bunu qanuniləşdirirlər.

Qeyd edilməlidir ki, belələri (təkcə belələrinəmi?) üçün nəsə yazıb, nəyisə xatırlatmaq, onsuz da, önəmsizdir.

Amma, gəlmişkən avar şairi Rəsul Həmzətovun bir fikrini (erməniyə?) xatırlatmaq istəyirəm. Həmzətov deyirdi ki, əgər keçmışə tapança ilə atəş açsan, bil ki, gələcək səni topa tutacaq...

Bunun nə qədər yerinə düşüyünü də bilmirəm...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə