Rusiya hökuməti Rusiya şirkətlərinə “dost olmayan ölkələrdən” 74 təşkilatla hərbi-texniki əməliyyatlar aparmağı qadağan edib. Bu dövlətlərin əksəriyyəti Ukraynaya müdaxiləsinə cavab olaraq hələ fevral ayında Rusiya ilə bu cür razılaşmaları məhdudlaşdırmışdı.
Fərmana əsasən, hazırda Rusiyanın hərbi-texniki əməkdaşlığının məhdudlaşdırıldığı təşkilatların siyahısına Bolqarıstan, Böyük Britaniya, Almaniya, Kanada, Litva, Slovakiya, Polşa, Çexiya, Monteneqro, Estoniya və ABŞ şirkətləri daxildir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu ölkələrdən yeddisi Avropa Birliyinin üzvüdür. Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq, Avropa İttifaqı ölkələri sanksiyalar tətbiq etdilər, buna görə Rusiyaya “Rusiyanın hərbi-texniki təkmilləşməsinə və ya onun müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək mallar və texnologiyaların verilməsi qadağandır”.
Oxşar məhdudiyyətlər Böyük Britaniya, Kanada və ABŞ tərəfindən də tətbiq edilib. ABŞ Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıq edən dövlətlərə, xüsusən də pilotsuz təyyarələrin tədarükünə görə İrana qarşı da sanksiyalar tətbiq edir.
Rusiya İranın pilotsuz uçuş aparatlarından istifadə etdiyini inkar edir. İran dronları müharibədən əvvəl göndərdiyini iddia edərək, daşımaları etiraf edir. Rusiya hakimiyyəti 60-dan çox dövləti Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq sanksiyalar tətbiq etdiyi və ya dəstəklədiyi üçün “Rusiya ölkələri və əraziləri ilə dost olmayan” elan edib.
Bu siyahıya Avropa İttifaqı ölkələri, Böyük Britaniya, ABŞ, Kanada və Yaponiya daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB