Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA xəbər verir ki, bu barədə XİN rəhbəri çərşənbə axşamı özünün “Twitter” səhifəsində yazıb.

“8 Noyabr şanlı Zəfər Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm!

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

Yaşasın Azərbaycan!”, - deyə paylaşımda bildirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə