Əvvəla qeyd edək ki, ABŞ-da böyük seçkilər hələ başlamasa da, amma, deyilənlərə görə, artıq böyük şəhərlərdə polis patrulları gücləndirilib. Maraqlıdır ki, seçki məmurları işdən gedirlər, qalanlar isə işə gəlməyə qorxurlar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Respublikaçılarla Demokratlar getdikcə bir-birlərini təxribatlarda və gözlənilən saxtakarlıqda ittiham edirlər.
Amma bu gün tərəfdarlarının əhatəsində olan Donald Tramp, deyilnlərə görə, daha çox ruh yüksəkliyi nümayiş etdirir. Belə görünür ki, o, respublikaçıların qələbəsinə çox arxayındır və Ağ Evə qayıtmağa hazır görünür. Bu günlərdə Tramp hətta “ölkəmizi uğurlu, təhlükəsiz və möhtəşəm etmək üçün yəqin ki, mən bunu yenidən etməliyəm”-deyərək seçicilərinə xəbərləri izləməyə çağırış edib.
Qeyd edək ki, həmişə olduğu kimi, Tramp bu gün də Baydeni “hirsləndirmək” fürsətini əldən vermir. Məsələn, o, Ağ Evin hazırkı sahibinin hakimiyyətdə qalacağı təqdirdə, o zaman ABŞ -ın vahid dövlət kimi mövcudluğunu itirəcəyini iddia edir.
Maraqlıdır ki, Bayden də, öz növbəsində, Trampın dediklərinə passiv müşahidəçilik etmir. Belə ki, bir müddət əvvəl Bayden keşirdiyi seçkiöncəsi mitinqində ölkədəki bütün problemlərin günahını sələfinin, yəni Trampın üzərinə atıb.
Maraqlıdır ki, yerli jurnalistlərin dediyinə görə, həmən an Baydeni sözün əsl mənasında təqib edən hadisələr baş verib: əvvəlcə prezident gözlənilmədən büdrəyib, daha sonra isə onun dinləyicilərindən biri huşunu itirib.
Yeri gəlmişkən qeyd edək ki, Konqresdə çoxluğu hansı partiyanın təmsil edəcəyi birbaşa Baydenin qərarlarını parlament vasitəsilə nə qədər tez ala biləcəyindən asılıdır.
Əgər orada respublikaçıların çoxluğu varsa, bunu etmək elə də asan olmayacaq. Maraqlıdır ki, bir çox amerikalı erkən səs verməyə hazır olsa da, lakin qorxurlar. Polis əməkdaşları daim seçki məntəqələrinin ətrafında fırlanan silahlı şəxsləri yaxalayaraq nəinki seçiciləri, hətta seçki komissiyalarının əməkdaşlarını da qorxudurlar. Ona görə, yuxarıda da dediyimiz kimi, canları üçün qorxan seçki məmurları kütləvi şəkildə işlərini tərk edirlər.
Demokratlarla Respublikaçıların bir-birlərini ittiham etmələri isə, dediyimiz kimi, “səngimir”.
Yeri gəlmişkən, Floridada hələ avqust ayında seçki saxtakarlığına görə 20 nəfər həbs edilmişdi. Və onların hamısının demokratların tərəfdarları olduğu sonradan ortaya çıxıb.
Deyilənlərə görə, onlar öz partiyalarının qaçılmaz qələbəsi ilə, vicdanlı nəticələr əldə etdiklərini iddia edən demokratiya müdafiəçiləri hərəkatı yaradıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB