Putin xüsusi xidmət orqanlarının iş üsullarını təsnif edib

Putin xüsusi xidmət orqanlarının iş üsullarını təsnif edib

Prezident Putin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin, habelə xarici kəşfiyyat orqanlarının, səfərbərlik sahəsində səlahiyyətlərin fəaliyyət taktikası və metodları haqqında məlumatların açıqlanmasını qadağan edən federal qanunu imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Belə ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti, təhlükəsizlik orqanları, xarici kəşfiyyat orqanları və federal icra hakimiyyəti orqanının ölkədə səfərbərlik hazırlığı və səfərbərlik sahəsində fəaliyyəti “Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsinin təşkili haqqında” qanunun əhatə dairəsindən çıxarılıb.

Sənəddə izah edilir ki, müvafiq dəyişikliklər dövlətin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş xüsusi xidmət orqanlarının fəaliyyət taktikası və metodları haqqında məlumatların açıqlanmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarını öz dövlətlərinin sabitliyini və antiterror müdafiəsini təmin etmək üçün öz potensialından istifadə etməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə