ABŞ-da partlayışlar baş verib

ABŞ-ın Corciya ştatının Brunsvik şəhərindəki kimyəvi zavodda güclü yanğın başlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müəssisədə silsilə partlayışlardan sonra yerli hakimiyyət orqanları ona bitişik yaşayış məntəqələrinin sakinlərini təxliyə ediblər.

Şahidlərin dediyinə görə, zavodun özündən tüstü dumanının qalxdığını görmək olar.

Verilən xəbərlərə görə, yanğının qarşısı alınsa da, lakin xilasetmə xidmətləri küləyin istiqamətinin dəyişməsindən sonra yenidən alovlana biləcəyindən ehtiyat edirlər.

Bununla bağlı üç yaşayış məntəqəsi boşaldılıb. Partlayışların səbəbi hələ ki, aydın deyil.

Zavod sahiblərinin verdiyi açıqlamada şirkətdə heç kim xəsarət almayıb və hazırda işçilər, elə sakinlər üçün də heç bir təhlükə yoxdur.

Yerli yanğınsöndürmə briqadaları və polis hadisə yerində vəziyyətə tam nəzarət edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə