Paşinyan “Mülki müqavilə” fraksiyası ilə qapalı görüş keçirir

Paşinyan “Mülki müqavilə” fraksiyası ilə qapalı görüş keçirir

Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” fraksiyasının üzvləri ilə görüşür. SİA bu barədə erməni saytlarına istinad edir.

Verilən xəbərə görə, tədbir Ermənistan parlamentində bağlı qapılar arxasında keçirilir. Və yerli vaxtla saat 18.00-da (Moskva vaxtı ilə 17.00) başlayıb.

Xatırladaq ki, hazırda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə