Bu arada Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Kiyevin Moskva ilə danışıqlardan heç vaxt imtina etmədiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müşavir Ukraynanın mövqeyinin hər kəsə məlum olduğunu deyib. Belə ki, müşavirə görə, Kiyev ilk növbədə Rusiya hərbçilərinin Ukrayna ərazisindən çıxarılmasını istəyir. “Putin buna hazırdırmı? Aydındır ki, yox. Ona görə də biz qiymətləndirməmizdə konstruktivik: Rusiya Federasiyasının növbəti lideri ilə danışacağıq”.-deyə Podolyak bildirib.
Qeyd edək ki, noyabrın 7-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya Federasiyasının hələ də Ukrayna ilə danışıqlara açıq olduğunu, lakin Kiyevin imtinası səbəbindən bu danışıqların mümkün olmadığını bildirib.
Peskovun sözlərinə görə, Ukraynada belə bir mövqe artıq qanuna çevrilməkdədir.
Xatırladaq ki, bir müddət bundan əvvəl “The Washington Post” mənbələrinə istinadən ABŞ-ın Ukraynanı Rusiya ilə danışıqlara hazır olduğunu bildirməyə inandırmağa çalışdığı barədə yazmışdı.
Qeyd edilib ki, bu, münaqişənin uzanmasından qorxan digər ölkələrdən “Kiyev hökumətinin dəstəyini təmin etmək üçün düşünülmüş cəhddir”.
Onu da xatırladaq ki, sentyabrın sonunda Zelenski Vladimir Putinin prezidentliyi dövründə Rusiya ilə heç bir danışıqlara getməyəcəyini açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB