Rusiyalı deputat Andrey Luqovoy, Böyük Britaniyanın keçmiş kəşfiyyatçısı, hazırda isə Litva xarici işlər nazirinin müşaviri olan Kristofer Naycel Donnellin Krım körpüsündə törədilən terror aktında əli olduğunu iddia edir.
“Krım körpüsündə törədilən terror aktında Britaniyanın açıq izi var. Terror əməliyyatının diqqətlə düşünülmüş planı, çoxhərəkətlilik və koordinasiya - bütün bunlar Britaniya hökumətinin göstərişi ilə hərəkət edən Qərb kəşfiyyat orqanlarının iştirakına işarə edir”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Luqovoy bildirib.
Onun sözlərinə görə, Donnelli anti-Rusiya proqramlarının fəal iştirakçısı və ifaçısı kimi dəfələrlə hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.
Luqovoy onu da iddia edir ki, hələ 2014-cü ildə Britaniya kəşfiyyatının keçmiş zabiti Sevastopol körfəzinin minalanması və yarımadanın sərhədləri yaxınlığında qoşunların və minaların olduğu sanitar qurğusu yaradılmasını təklif edibmiş.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya Federasiyasının Baş nazirinin müavini Marat Xusnullin Rusiya prezidenti Vladimir Putinə Krım körpüsünün dirəklərinin möhkəmləndirilməsi üzrə işlərin başa çatması barədə hesabat verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB