Putin səfərbər olunanların yaxınlarıyla görüşəcək?

Putin səfərbər olunanların yaxınlarıyla görüşəcək?

Belə görünür ki, narazılıqları nəzərə alan Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik çərçivəsində çağırılanlara dəstək ilə bağlı vəziyyəti müzakirə etmək üçün vətəndaşlarla şəxsən görüşməyi planlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Tver vilayətinin qubernatoru İqor Rudenya ilə işgüzar görüşü zamanı səfərbər olunanlara ödənişlər barədə məlumatları dinləyib və bu məsələ ilə bağlı vətəndaşlarla birbaşa ünsiyyətin zəruriliyini qeyd edib.

“Mən də insanlarla mütləq görüşəcəyəm, onları dinləmək, rəy bildirmək üçün bu barədə danışacağam”, - deyə Putin bildirib. O, həmçinin Tver vilayətinin qubernatorundan regional təcrübəni ümumiləşdirməyi xahiş edərək, həll edilməli olan bir sıra materiallar və məsələlərin toplanmasının vacibliyinə də diqqət çəkib.

“Əgər bütün bu suallar mənə əvvəlcədən ünvanlansaydı, sizə minnətdar olaram”, - deyə Putin əlavə edib və digər məsələlərlə yanaşı, bu məsələ ilə bağlı təkliflər gözlədiyini bildirib.

Qeyd edək ki, Dövlət Dumasının deputatı Yuri Stankeviç bir müddət əvvəl qismən səfərbərlikdə səhvlərin düzəldilməsi işə salındığını bildirmişdi.

Yeri gəlmişkən, artıq səhvən çağırılan çağırışçıların evə qayıtması üçün “standart alqoritm” hazırlandığı da bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə