İspaniyada tətilə görə qatar reysləri ləğv edilib

İspaniyada tətilə görə qatar reysləri ləğv edilib

Renfe işçilərinin bağlı olduğu həmkarlar ittifaqları, kollektiv müqavilələrdə maaşların inflyasiya nisbətində artırılmadığını səbəb göstərərək 2 günlük tətil qərarına gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, İspaniyada təxminən 14 min dəmiryol işçisinin iştirak etdiyi tətil səbəbiylə bir çox qatar stansiyasında uzun növbələr yaranıb.

Nəqliyyat Nazirliyi gün ərzində şəhərətrafı xidmətlərin 50%-nin, sürətli qatarda 72%, yük qatarlarında isə 25%-nin ləng olmadan davam edəcəyini bildirib.

Qeyd edək ki, həmkarlar ittifaqları əmək haqlarının artırılması ilə yanaşı 2022-ci ildə müvəqqəti müqavilə ilə işləyənlərin 2023-cü ildə müddətsiz müqavilələrə keçirilməsini də tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə