İlk tanışlıqdann sonra Ukraynadan olan qaçqınla evləndi

İlk tanışlıqdann sonra Ukraynadan olan qaçqınla evləndi

Bristol sakini, 28 yaşlı Luke Dikinson, internetdə tanış olduqdan təxminən üç ay sonra ukraynalı qaçqın Vera Klimova ilə evlənib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Daily Mail” yayıb.

Deyilənlərə görə, Klimova 15 yaşlı qızı ilə Odessadan Moldovaya gedib və burada Böyük Britaniyaya köçmək istəyən mühacirlər qrupu vasitəsilə Dikinsonla tanış olub.

Dikinsonla söhbət zamanı ukraynalı qadının artıq Qərbə köçmək üçün hazır sənədləri olub. Britaniyalının sözlərinə görə, əvvəlcə o, 28 yaşlı qa dının hara getdiyini bilməyib.

“Gülüşümüz və zarafatımız var idi, yumor hissi mükəmməl idi. Hamı həmişə deyir ki, ingilislərin yumor hissini heç kim başa düşmür, amma o başa düşür”, - deyə britaniyalı bildirib.

Maraqlıdır ki, Dikinson ingilis dilində danışa bilməyən yeni arvadı ilə onlayn tərcüməçidən istifadə etdiyini bildirib. Klimova Macarıstan və Hollandiya vasitəsilə Böyük Britaniyaya çatıb. Qeyd olunur ki, Bristola çatan kimi Klimova dil kurslarına və sürücülük məktəbinə gedib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə