Papa rus xalqını sevdiyini bəyan edib

Papa rus xalqını sevdiyini bəyan edib

Roma Papası Fransisk rus xalqını sevdiyini və onlara böyük hörmətlə yanaşdığını bəyan edib.

Rus saytlarının “ANSA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə pontifik Bəhreyn Krallığından qayıdarkən təyyarənin göyərtəsində keçirdiyi mətbuat konfransında bildirib.

“Mən rus xalqını və rus humanizmini həqiqətən yüksək qiymətləndirirəm. Biz xristianları bu günə qədər ruhlandıran Dostoyevskini xatırlayın. Mən rus xalqına və Ukrayna xalqına səmimi rəğbət bəsləyirəm, sevdiyim iki xalq arasındayam”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Papa Fransisk bildirib.

Maraqlıdır ki, Papa həmçinin rus xalqının qəddarlığına da inanmadığını bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə