Rus işğalçıları Mariupolun Mir prospekti, 101 ünvanında yerləşən “Milan” ın divar rəsmini dağıdıblar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko videoçarx nümayiş etdirib.
Onun dediyinə görə, “Milan”ın divarı tamamilə dağıdılıb. Görülən işlərdən sonra bərpa hətta gələcəkdə də mümkün deyil.
Merin müşavirinin sözlərinə görə, bu Rusiya mədəniyyətinin “əsl böyüklüyünü” göstərir.
Yeri gəlmişkən xatırladaq ki,
divarda Milana adlı qız təsvir edilib. Belə ki, 2015-ci ildə ruslar tərəfindən Vostoçnı mikrorayonu atəşə tutularrkən qızın anası özünü uşağını üstünə örtərək ölüb. Qızın özü isə xəsarət alıb və sonradan qızcığazın ayağı amputasiya edilib.
Bundan üç il sonra Kiyevli rəssam Saşa Korban Mariupoldakı evdə rusların təcavüzü nəticəsində yetim qalan altı yaşlı qızın təsvirini çəkib.
Qeyd edilir ki, bu gün rusların bununla bağlı müxtəlif bahanələr gətirməsinə baxmayaraq, əslində isə bu onların 2015-ci ildə şəhərdə törətdiklərini gizlətməyə hesablanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB