Ukrayna İtaliyadan müxtəlif növ silahlar, o cümlədən ağır artilleriya, özüyeriyən artilleriya qurğuları və raket sistemləri alıb. SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukraynanın nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk deyib.
“İtaliyadan biz artıq ağır artilleriya, özüyeriyən artilleriya qurğuları, M113 zirehli transportyorları, raket sistemləri, müxtəlif çaplı patronlar almışıq. İndi xüsusilə hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”.
Qeyd edək ki, İrina Vereşçuk bunları İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Qeyd edək ki, bir müddət bundan əvvəl İtaliya hakimiyyətinin dekabr ayına qədər Ukraynaya silah göndərilməsi ilə bağlı altıncı idarələrarası fərmanı təsdiq edəcəyi barədə bildirilmişdi.
Bundan əlavə, yerli mətbuatın məlumatına görə, İtaliyanın müdafiə naziri Guido Crosetto Kiyev üçün bütün bu müddət ərzində məxfiləşdirilən silahların siyahılarını ictimaiyyətə açıqlamağa qərar verə biləcəyi də bildirilmişdi. Qeyd edək ki, İtaliya mediası əvvəllər hava hücumundan müdafiə sistemlərinin elementlərinin yeni paketə daxil ola biləcəyini də istisna etmirdi.
Xatırladaq ki, İtaliyanın baş naziri Corc Meloni Ukraynaya yardımı davam etdirmək niyyətini dəfələrlə təsdiqləyib.
Maraqlıdır ki, hakim koalisiyaya daxil olan “Liqa” və “İrəli, İtaliya” partiyalarının bir sıra nümayəndələri Kiyevin silahla təmin olunmasının zəruriliyinə şübhə ilə yanaşırlar. Qeyd edək ki, buna müxalif “Beş Ulduz Hərəkatı”partiyası da etiraz edir. Amma, digər müxalifət qüvvəsi olan Demokrat Partiyasının nümayəndələri də hər zaman Kiyevə silah göndərilməsini dəstəkləyiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB