Helikopter qəzası nəticəsində yeddi nəfər ölüb - İTALİYADA

Helikopter qəzası nəticəsində yeddi nəfər ölüb - İTALİYADA

İtaliyanın Apuliya bölgəsinin cənub hissəsində xilasetmə xidmətləri ikisi uşaq olmaqla, yeddi nəfəri daşıyan helikopterin qalıqlarını aşkarlayıb. SİA xəbər verir ki, bu barədə vilayətin vitse-prezidenti Rafaele Piemontese bildirib.

“Alidaunia” nəqliyyat şirkətinin “Agusta A109” helikopteri İtaliyanın cənubunda radarlardan itib.

Məlumata görə, ki, helikopter Adriatik dənizindəki Tremiti adalarından saat 9:20-də (Bakı vaxtı ilə 12.20) havaya qalxıb və təxminən bir saat sonra radarlardan itib.

Bütün xəbərlər Facebook səhifəmizdə