MDB ölkələrində vahid portal fəaliyyət göstərəcək

MDB ölkələrində vahid portal fəaliyyət göstərəcək

Rusiya prezidenti Vladimir Putin 2025-ci ilə qədər MDB ölkələri ilə kartoqrafiya sahəsində əməkdaşlıq proqramının hazırlanması barədə göstəriş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2025-ci il yanvarın 1-dək Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin məkan məlumatlarının portalının yaradılması məqsədilə Rusiya Federasiyası Hökuməti MDB-yə üzv dövlətlər arasında əməkdaşlıq proqramının işlənib hazırlanmasını təmin etməlidir.

Qeyd edək ki, portal Rusiya Milli Məkan Məlumatları Sistemi əsasında yaradılacaq.

Nazirlər Kabinetinə bu sistemin inkişafı üzrə fəaliyyət cədvəlini təsdiq etmək, Rusiya Maliyyə Nazirliyinə 2023-2025-ci illərdə məkan məlumatları portalının yaradılmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Bundan əlavə, Rosreestr Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ilə birlikdə MDB-dəki tərəfdaşlarla müvafiq proqram və cədvəli əlaqələndirməli, Müstəqil Dövlətlər Birliyinin resursundan istifadə ilə bağlı məsələləri həll etməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə