Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Konstitusiyaya bir sıra əlavə və dəyişiklikləri nəzərdə tutan altı qanun imzalayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan Ədliyyə Nazirliyi daha əvvəl sənədlərin dövlət başçısının yerli icra hakimiyyəti orqanları və Ali Məhkəmə Şurası ilə bağlı bəzi səlahiyyətlərinin azaldılmasını nəzərdə tutduğunu bildirmişdi. Bundan başqa parlamentdə prezidentlik kvotası adlanan yerin azaldılması və prezidentlik dövründə müəyyən məhdudiyyətlərin tətbiqi məsələsi də müzakirə olunub.
Belə ki, dövlət başçısı rayon, respublika əhəmiyyətli şəhər və paytaxt rəhbərlərini yalnız yerli deputatların təsdiqindən sonra təyin edə biləcək. Senatda “prezident kvotası” 15 deputatdan 10-a endiriləcək.
Prezident, digər məsələlərlə yanaşı, siyasi partiyalara qadağa qoyulacaq, onun yaxın qohumları isə kvazi-dövlət sektorunda siyasi vəzifələr və rəhbər vəzifələr tuta bilməyəcəklər.
Prezidentə, digər məsələlərlə yanaşı, siyasi partiyalara üzvlük də qadağan olunacaq, yaxın qohumları isə kvazi-dövlət sektorunda siyasi vəzifələr və rəhbər vəzifələr tuta bilməyəcəklər.
Yeri gəlmişkən xatırladaq ki, iyunun əvvəlində Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib, seçicilərin 77,18 faizi dəyişikliklərin lehinə səs verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB