Krım körpüsünə təkrar hücum ehtimalı varmı?

“Ukrpoşta” rəhbəri Krım körpüsündə terror aktının təkrarına işarə edən möhürün buraxıldığını elan edib
Krım körpüsünə təkrar hücum ehtimalı varmı?

Ukraynada Rusiyada Milli Birlik Günü şərəfinə Krım körpüsündə terror aktının təkrarına işarə edən möhür buraxmaq qərarına gəliblər.

SİA-nın rus saytlarına istinadən xəbər verir ki, bunu “Ukrpoşta” rəhbəri İqor Smilyanski bildirib.

Qeyd edək ki, Smilyanski “Krım körpüsü üçün ankor” adı yazılmış möhürü də göstərib. Gələcək brend üçün piar naminə mərasim təşkil edilib, bannerlərdə Krım körpüsünün adı Ukrayna üslubunda düzəldilib.

Markanın üzərində dağıdılmış körpü təsvir olunub və onun 2 milyon tirajla çap olunacağı vəd edilib.

Poçt markasının buraxılışını Rusiyada Milli Birlik Gününə təsadüf etdiyini deyən təşkilatın rəhbəri İqor Smilyanski “biz onları yalnız özümüz bacardığımız şəkildə təbrik etmək istəyirik” cümləsini də əlavə edib

Qeyd edək ki, bu rusları qıcıqlandırmaqla yanaşı, onları Krım körpüsünün Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov tərəfindən təşkil edildiyinə inamlarını da artırmış olur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə