Qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb

Qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb

Çanaqqala boğazı qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gecə yarısı açıq boğazda təsirini artıran duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub. Çanaqqala Boğazı Gəmi Nəqliyyat Xidmətləri Müdirliyi tərəfindən şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına radio ilə xəbərdarlıq edildiyi və boğazın iki istiqamətli tranzit gəmilərə bağlandığı açıqlanıb. Dumanın təsirini itirməsindən sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə