Rusiyada böyük yanğın hadisəsi baş verib

Rusiyada böyük yanğın hadisəsi baş verib

Rusiyanın Kostroma şəhərində kafedə yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 13 nəfər həyatını itirib.

Yanğının səbəbi hələ ki, məlum deyil. Moskvadan təxminən 300 kilometr şimal-şərqdə yerləşən şəhərdəki kafedə 250 nəfərin təxliyə edildiyi açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə