Putinə “qara yaxırlar”?

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards “Daily Reckoning” üçün yazdığı məqalədə bir sıra Qərb mediasını Rusiya prezidenti Vladimir Putin haqqında yalanlar yaymaqda ittiham edib. Onun sözlərinə görə, bu, yalan məlumatlar təqdim edən Amerika və Britaniya kəşfiyyat xidmətlərinin təklifi ilə baş verir. SİA bu barədə rus saytlarına istinad edir.

“İndi ABŞ elitaları yem kimi nüvə silahı ilə Putinə qarşı psixoloji əməliyyatlara başlayıblar. Onlar iddia edirlər ki, Putin Ukraynada və ola bilsin ki, Şərqi və Mərkəzi Avropanın digər bölgələrində taktiki silahlardan istifadə etməklə hədələyib. Bu yalandır. Putin bunu deməyib”, –deyə Rikards bildirib.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti qeyd edib ki, Rusiya liderinin sözləri bilərəkdən təhrif edilib və Qərb üçün əlverişli şəkildə hamıya təqdim edilib. O, əlavə edib ki, Kiyevin “çirkli bomba” ilə təxribat törədəcəyi barədə xəbərdarlıq edən Putin, sonda bu planlara görə hesablanıb. O, Rusiya haqqında dezinformasiyanın əsas yayıcıları kimi “The Washington Post”, “The New York Times” və “NBC News” kimi nəşrlərin adını çəkib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə