Bunu ABŞ kəşfiyyatı iddia edir
İranın nüvə yanacağının istehsalı üçün materialların əldə edilməsi və Tehranın nüvə silahı proqramının sürətləndirilməsi üçün Rusiyadan kömək istədiyi iddia edilir.
SİA xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir ki, bu da Tehranın nüvə silahı yaratması prosesini sürətləndirə bilər.
Moskvanın isə Tehranın tələblərinə razı olub-olmaması sual altındadır.
CNN iddia edir ki, ABŞ prezident administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin inkişafından narahtdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB