Bu arada Almaniya kansleri Olaf Şolz jurnalistlərə Fransa prezidenti Emmanuel Makronla Çinə getməkdən niyə imtina etdiyini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun Çinə səfəri ilk səfər kimi planlaşdırılmışdı.
“Fakt budur ki, bu səfər mənim tərəfimdən ilk səfər kimi planlaşdırılıb. Mən bunu hazırladım və gördüyünüz kimi hal-hazırda baş verir”. Bunu alman kansler bildirib.
Qeyd edək ki, bundan əvvəl “Le Figaro” nəşri Almaniya kansleri Olaf Şolzun Çinə səfəri ilə əlaqədar müttəfiqlərdən gələn tənqidlərə istinad edən məqalə dərc etmişdi.
Materialda qeyd olunur ki, Avropa İttifaqının Çinə qarşı doktrinası müəyyən sahələrdə, o cümlədən iqlimdə Çinin danışıqlar aparmağın zəruri olduğu tərəfdaş, digərlərində isə rəqib rolunu oynamasına əsaslanır.
Qeyd edək ki, Şolz artıq Rusiya-Ukrayna münaqişəsi məsələsini təkbaşına həll etməkdə ittiham olunurdu, indi o, iri iş adamlarının müşayiəti ilə Pekinə getməklə vəziyyətini ağırlaşdırıb.
“Le Figaro” qeyd edib ki, Fransaya görə, Avropa Pekinlə vahid siyasət yürütməli və ona görə də prezident Emmanuel Makron Şolz ilə Çinə getməli idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB